| Saytin menyusu |
|
 |
| Mini-çat |
|
|
 |
| Sorğu |
|
 |
| Giriş formasi |
|
 |
|
Главная » 2011 » Январь » 04
"İRƏLİ” İctimai Birliyi və Sabirabad rayon Gənclər və İdman idarəsi Sabirabadda "Narkomaniyaya Yox Deyək” devizi altında rəsm sərgisi keçirib.
"İRƏLİ”dən vhm.ucoz.com xəbər portalına daxil olan məlumata görə, tədbirdə yeniyetmələrin əl işlərindən sərgi hazırlanıb. Əvvəlcə sərgiyə baxış keçirilib. Sonra Sabirabad rayon Gənclər və idman idarəsinin rəisi Nadir Quliyev narkomaniyanın törətdiyi fəsadlardan və gənclərin təlim-tərbiyəsindən danışıb. "İRƏLİ” İctimai Birliyinin nümayəndəsi İmaməddin Quliyev AİDS və narkomaniyanın törətdiyi fəsadlar və "İRƏLİ” İctimai Birliy
...
Читать дальше »
|
40 yaşlı hollandiyalı mütəxəssis Frank de Bur «Ayaks» klubunun baş məşqçisi təyin olunub.
vhm.ucoz.com xəbər portalının Rusiya KİV-nə istinadən verdiyi məlumata görə, o, hələ dekabrın 6-dan bu postda Martin Yolu əvəzləsə də, rəsmi təyinat hələ indi baş verib. Təxminən 1 ay ərzində müvəqqəti olaraq baş məşqçi səlahiyyətlərini icra edən de Burun işindən razı qalan klub rəhbərliyi onunla 2014-cü ilədək müqavilə imzalayıb.
|
Məşhur telekanalın hansı verilişləri bağlanılır?
vhm.ucoz.com xəbər portalının məlumatına görə, Azərbaycan teleməkanında əsasən, əyləncəli, şou-biznes telekanalı kimi tanınan ATV bu ildən etibarən mədəniyyət, incəsənət xəbərlərinə, daha ciddi verilişlərə üstünlük verəcək. Bundan başqa, bu ildən etibarən ATV-nin loqosu, dizaynı, kompüter qrafikası da dəyişiləcək. Əldə etdiyimiz məlumata görə, islahatlar telekanalın
...
Читать дальше »
|
Əhalisinin sayına görə Pakistanın ən nəhəng vilayətlərindən olan Pencabın qubernatoru Salman Tasir öldürülüb.
vhm.ucoz.com xəbər portalının RİA «Novosti»yə istinadən verdiyi məlumata görə, o, dünən törədilmiş sui-qəsddən sonra ağır yaralanmışdı. Həkimlərin səylərinə baxmayaraq, qubernatorun həyatını xilas etmək mümkün olmayıb.
|
Avropa Birliyi (AB) Belarus prezidenti Aleksandr Lukaşenkonun birlik üzvlərinin ərazisinə səfərini yenidən qadağan edə bilər.
vhm.ucoz.com xəbər portalının RİA «Novosti»yə istinadən verdiyi məlumata görə, qadağa bir sıra Belarus məmurlarına da aid edilə bilər. İsveçin xarici işlər naziri Karl Bildt bildirib ki, «bu, ölkədəki son seçki, daha sonra müxalifətə qarşı zorakılıq və həyata keçirilən həbslərlə bağlıdır».
|
Yunanıstan hökuməti Türkiyə ilə quru sərhədi boyunca divar tikməyə qərar verib.
vhm.ucoz.com xəbər portalının yerli KİV-ə istinadən verdiyi məlumata görə, yunanlar bununla qonşu ölkədən qanunsuz miqrant axınını önləməyə çalışır. Plana görə, 12,5 kilometr uzunluğunda səddin tikintisi nəzərdə tutulub. Yunanıstanın bü təşəbbüsü Avropa İttifaqı tərəfindən tənqidlə qarşılanıb. Qurum hesab edir ki, bu, problemin həlli vasitəsi deyil.
|
İsveçrə frankının sıçrayışının səbəbi nədir?
vhm.ucoz.com xəbər portalı AFP-yə istinadən bildirir ki, İsveçrə frankının ABŞ dolları, avro və Britaniya funt-sterlinqinə olan kursu maksimum həddə çatıb. İndi 1 avro 1,24 frank, 1 dollar - 0,9374 frank, 1 funt isə 1,4525 franka bərabərdir. Ekspertlərin dediklərinə görə, İsveçrənin milli valyutasının kursunun bahalaşması Çin sənayesində artımın davam etməsi ilə bağlı xəbərlər fonunda dünya bazarlarındakı ümumi yüksəliş
...
Читать дальше »
|
İtaliyada dünyanın ən azyaşlı analarından biri yaşayır.
vhm.ucoz.com xəbər portalının «Gazzetta del mezzogiorno» nəşrinə istinadən verdiyi məlumata görə, bu, 13 yaşlı qızdır. Adı açıqlanmayan qız dünyaya qız uşağı gətirib. Həkimlər həm ananın, həm də körpənin səhhətinin normal olduğunu bildirir. Uşağın atası ana ilə eyni məktəbdə təhsil alan 16 yaşlı oğlandır...
|
Qırğızıstanın baş naziri Almazbek Atambayev ölkənin dağ zirvələrindən birinin Rusiya hökumətinin başçısı Vladimir Putinin şərəfinə adlandırılmasına dair sərəncam imzalayıb. Milli.Az xəbər portalının RİA «Novosti»yə istinadən verdiyi məlumata görə, həmin zirvə «Vladimir Putin piki» adlandırılacaq. İndtiyədək adsız olan həmin yer dəniz səviyyəsindən 4,5 min metr hündürlükdə yerləşir.
|
|
|
|
| Axtariş |
|
 |
| Təqvim |
|
 |
| Arxiv |
|
 |
|